Vaxt.Az

«Münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir»


 

Metyu Brayza: «Minsk qrupunun bəyanatı vəziyyətə aydınlıq gətirmir»

«Münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir» İstənilən beynəlxalq münaqişənin vasitəçiləri üçün bu münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir. Bunu «Trend»ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bəyanatı vəziyyətə aydınlıq gətirmir: «ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında adi qaydada zorakılığın pislənməsi səsləndirilir. Bu ifadələri dünyanın istənilən nöqtəsində istənilən münaqişəyə aid etmək olar».

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

 





05.07.2017    çap et  çap et