Onun sözlərinə görə, dövlət büdcəsi şəffafdır və parlamentə açıq formada təqdim edilib:" Gizlədiləsi heç nəyimiz yoxdur, bütün bölmələr açıqdır, əgər sizə hər hansı məlumat təqdim etməsək belə, Hesablama Palatası mütləq təqdim edəcək".
Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, xüsusilə hərbi xərclər mövcuddur və onun həcmi açıqlanmır.
Şərifov bildirib: "Nəzərə alsaq ki, digər xərclərin həcmi 1,6 milyard manat təşkil edib, o zaman həmin vəsaitdən 1,1 milyard manat məhz bu xərclərə, 350 milyon manat zəlzələnin fəsadlarının aradan qaldırılmasının maliyyələşdirilməsinə, qalan hissə isə beynəlxalq fəaliyyətə ayrılıb. Buna görə də büdcənin bu bölümünün bağlı olmasından danışmaq olmaz".
Onun sözlərinə görə, regionlara dotasiyaların dayandırılması məsələsi aktualdır.
Şərifov deyib: "Yəqin ki, belə addımı eyni anda bütün regionlara tətbiq edə bilməyəcəyik, lakin inkişafı təmin etmək məqsədilə onlar üçün müvafiq bazanı yaratmaq lazımdır. Xüsusilə, yeni iş yerlərinin yaradılması üçün şəraiti təmin etmək lazımdır ki, bu da vergi yığımlarının və ümumilikdə regionun gəlirlərinin artmasına gətirib çıxaracaq. Fikrimcə, bu məsələni həll edəcəyik".