Vaxt.Az

AXCP rəsmisi Müsavatın 2-ci şəxsini debata çağırdı...


 

Məclis üzvünü isə «KamAZ şoferi»nə bənzətdi

AXCP rəsmisi Müsavatın 2-ci şəxsini debata çağırdı... «Rauf Arifoğlu ilə mənim Facebook-da debatım olmuşdu, mən də onun cavabını vermişdim. Ondan sonra o, təklif etmişdi ki, İkram İsrafil debat təklif etmişdi mən də yazmışdım ki, İkram İsrafil «KamAZ şoferi» səviyyəsində olan adamdır. Onun nə səviyyəsi, nə də statusu mənimlə debata çıxmağa imkan vermir».
Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Rauf Arifoğlunun debat təklifindən danışarkən deyib. O vurğulayıb ki, əgər Müsavat Partiyası məndən debat istəyirsə, o zaman Arif Hacılı ilə debata çıxma bilər.
Son günlər iki partiya arasında yaşanan gərginliyə gəlincə isə, sədr müavini bildirib ki, AXCP ilə Müsavat arasında heç bir gərginlik yoxdur: 
«Azərbaycan Xalq Cəbhəsi Partiyasının hədəfi Müsavat deyil. Çox təəssüf ki, bizim iradəmizdən asılı olmayaraq Müsavat Partiyası demokratik düşərgənin, o cümlədən Milli Şuranı bölmək planlarında baş icraçı rolunu üzərinə götürüb. Bizim ayrıca Müsavat Partiyası adlı hədəfimiz yoxdur. AXCP dünən olduğu kimi bu gün də mübarizə aparır». 
 





13.01.2014    çap et  çap et