Vaxt.Az
MTRŞ «cin atı»na mindi
Adam içinə çıxarılması mümkün olmayan veriliş başağrısı gətirdi
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in «Adam içində» verilişində yaşanan cin qalmaqalı ilə bağlı telekanala xəbərdarlıq edib. MTRŞ-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 14 yanvar 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
İclasda «ANS Müstəqil Yayım və Media Şirkəti» tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən «Adam içində» verilişində «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar»ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən «ANS Müstəqil Yayım və Media Şirkəti»nə xəbərdarlıq elan edilib.
14.01.2014 çap et