Vaxt.Az

«Dünya göz yummamalıdır»


 

Azərbaycan Prezidenti və I vitse-prezident «Twitter» səhifəsində Alıxanlı faciəsindən yazdı

«Dünya göz yummamalıdır» Azərbaycan Respublikasının prezidenti İlham Əliyev rəsmi «Twitter» səhifəsində dünən axşam saatlarında erməni qaniçənlərinin törətdiyi vəhşiliklə status paylaşıb: «The world community should not turn a blind eye to the killing of innocent people (Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır». İlham Əliyevin statusuna qana bulanmış oyuncaq şəkli qoyulub, bu da statusun erməni vandallığının qurbanı olan 2 yaşlı Zöhrə barədə yazıldığını göstərir.


***


Birinci Vitse-prezident Mehriban Əliyeva da rəsmi «Twitter» səhifəsində Serj Sərkisyan rejiminin törətdiyi terrorun 2 yaşlı qurbanı Zəhradan yazdı: «Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!»

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub.

Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

 





05.07.2017    çap et  çap et