Vaxt.Az

Rusiya səfirini Bakıdan geri çağırır?


 

Zaxarova suala cavab vermədi...

Rusiya səfirini Bakıdan geri çağırır? Bu günlərdə bəzi Azərbaycan KİV-ləri xəbər yayıblar ki, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin geri çağırılacaq. Onu Georgi Zuyev əvəzləyəcək. Bildirilirdi ki, Dövlət Dumasının MDB işləri komitəsi Zuyevin səfir vəzifəsnə namizədliyini dəstəkləyib. Səfirin geri çağırılacağı haqda xəbər «İnterfaks»da yer alsa da hazırda həmin xəbər yığışdırılıb.

Bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə səfirlə bağlı suala cavab verib. Zaxarova bildirib ki, diplomatların yerdəyişməsi XİN-in rotasiya qaydaları əsasında həyata keçirilir. «Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir», - Zaxarova suala birbaşa cavabdan yayınaraq deyib.

 





06.07.2017    çap et  çap et