Vaxt.Az

Əbiyevin adamı qandallandı


 

Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edilib

Əbiyevin adamı qandallandı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra S.Əbiyevin ordudakı   bütün adamlarını vəzifədən çıxarıb. İndi görünür sabiq nazirin vəzifədən çıxarılan adamlarının həbsinə başlanılıb.
 





14.01.2014    çap et  çap et