Vaxt.Az

Trampa güvənir, yoxsa Putinə?


 

Ərdoğana çətin sual...

Trampa güvənir, yoxsa Putinə? Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın «Die Zeit» qəzetinə müsahibə verib. «Sputnik»ə xəbər verir ki, Ərdoğan müxbirin «ABŞ Prezidenti Donald Trampa, yoxsa Rusiya Prezidenti Vladimir Putinə daha çox güvənirsiniz?» sualına belə cavab verib.

«Belə suallar verib bizi çətin vəziyyətə salmayın. Türkiyə olaraq Rusiya ilə də, ABŞ-la da münasibətlərimizi ən yaxşı şəkildə inkişaf etdiririk. Rusiya ilə Qara dənizdən həmsərhədik. Turizm sahəsində Almaniyadan sonra ən çox Rusiya ilə əlaqələrimiz var. Hazırda ABŞ-la xarici ticarətin həcminin səviyyəsi aşağı düşüb. Türkiyə ilə Rusiya arasında xarici ticarətlə bağlı 100 milyard dollar həcmində razılaşma var. Dünyada bütün ölkələr kimi biz də öz mənfəətimizi düşünürük».

 





06.07.2017    çap et  çap et