Vaxt.Az

«Zəhra və nənəsinin ölümü çox ağır faciədir»


 

ABŞ-ın Azərbaycandakı səfirliyi erməni vəhşiliyinə reaksiya verdi

«Zəhra və nənəsinin ölümü çox ağır faciədir» «Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, həmçinin Sərvinaz Quliyevanın yaralanması, onillərlə davam edən münaqişənin törətdiyı insanların ölümü və əzab-əziyyəti kimi çox faciyəvidir».

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması ilə bağlı bəyanatında deyilir.

«4 iyulda baş verən dəhşətli hadisələr, tərəflərin bir araya gələrək münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll etməli olduğunu nümayiş edir. Münaqişənin hərbi yolla həlli yoxdur – irəliyə aparan yeganə yol danışıqlar vasitəsilə həllə nail olmaqdır», bəyanatda qeyd olunub.

Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. İki nəfər həlak olub. Bir nəfər yaralanıb.

Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirib.

 





06.07.2017    çap et  çap et