VAXT.az «Trend»ə istinadən bildirir ki, bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın həlak olmasından dərin narahatdır: «Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə bizim səmimi başsağlığımızı bildirmək istərdik».
Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.
Hizer Nauer qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.