V.Jirinovski çıxışında bildirib ki, LDP üzvləri ildə dörd dəfədən artıq seksual münasibətlərdə olmamalıdırlar: “Onlar hər rübdə bir dəfə seksual əlaqədə olsalar, yetərlidir. Bu da ildə dördə dəfə edir. Bundan artıq seksual münasibətdə olmağa lüzum yoxdur”.
O deyib ki, pornofilmlərin təsiri altına düşən bugünkü gənclər daha çox seksual münasibətdə olmağa çalışırlar: “Gənclər nə qədər çox seksual əlaqədə olmağı daha yaxşı əlamət hesab edirlər. Amma hesab edirəm ki, nə qədər az intim münasibətdə olsalar, yaxşıdır. Ancaq bir şərtlə çox seksual əlaqədə olmaq olar ki, qarşı tərəfin də buna simpatiyası olmalıdır. Bu yoxdursa, o zaman il ərzində 3-4 dəfə intim əlaqədə olmaq yetərlidir”.
LDP lideri eyni zamanda, partiyadaşlarını alkoqollu içkilərdən, siqaret çəkməkdən və ət məhsulundan imtina etməyə çağırıb və bunu yaşam tərzi kimi özlərinə təlqin etməlidirlər.