Vaxt.Az

Dünyanın 70 ildir gözlədiyi sənəd


 

120-dən artıq ölkə nüvə silahlarını yasaqlayan sazişi təsdiq edib

Dünyanın 70 ildir gözlədiyi sənəd 120-dən artıq ölkə nüvə silahlarını yasaqlayan sazişi təsdiq edib. BMT-də keçirilən tədbiri bütün nüvə silahına malik olan ölkələr boykot edib.

Konfransın rəhbəri Eleyn Uayt Qomez nətəcələri elan edərkən sürəkli alqışlarla qarşılanıb.

Tarixdə ilk dəfə 122 ölkə sazişi qəbul edib, Hollandiya bunun əleyhinə çıxıb, Sinqapur bitərəf qalıb.

«Dünya bu leqal sənədi 70 ildir gözləyirdi. 1945-ci ilin avqust ayında Hiroşima və Naqasaki hücumundən bəri», - deyə, o bildirib.

Qomez deyib ki, ilk çoxtərəfli sazişin başa çatdırılması 20 ildən çox vaxt tələb edəcək.

Sentyabr ayında imzaya açıq olan sənəd 50 dövlətin ratifikasiyasını qazandıqdan sonra qüvvəyə minəcək.

 





07.07.2017    çap et  çap et