Vaxt.Az

Potensial terrorçu elə terrorçudur


 

Erməni zabitinə humanist yanaşanların Xocalıda uşaqları zorlayanlardan fərqi yoxdur

Potensial terrorçu elə terrorçudur Ermənipərəst humanizmə realist baxış. Bu yazı erməni qadınları, uşaqları yox, birbaşa zabitləri haqdadır:

1. Erməni zabitlərinin ölməyini istəməyən azərbaycanlı, mahiyyətcə əziz bacımız Zəhranı öldürən erməni ilə eyni xislətdədir. Yəni bilin ki, həmin şəxs sabah rahatlıqla Zəhraları öldürə bilər.

2. Erməni zabiti: uşaq qatili.

İŞİD terrorçusu: uşaq qatili.

Yəni erməni zabitini qoruyan bir adam vəhşi terrorçunu da qorumuş sayılır. Belə azərbaycanlılar potensial terrorçudur!

3. Məncə, erməni zabitinə humanist yanaşan azərbaycanlı ciciş gədə, Xocalıda uşaqları zorlayanlardan heç də fərqlənmir. Yəni eyni mənəviyyatsızlıqdadırlar.

4. Erməni zabiti 93-cü ildə atamın əlini itirməsinə səbəb olub. Atası sapsağlam yanında olan humanist nanay gedələr məni başa düşməzlər, təbii. Burda heç kim Ayka cicişkalıq eləməsin. Mən döyüşün, müharibənin nə olduğunu çox yaxşı bilirəm. Sabah üz-üzə gəlsəniz o erməni hərbçilər birinci sizi yerə yıxıb kəsəcək.

5. Zəhranın ahı onu öldürən ermənini rahat buraxsa da, bizim bu maymaq humanistlərimizi rahat buraxmayacaq.

6. Balaca uşaq da bilir ki, erməni ordusu bizi qırmağa, doğramağa hazır mexanizmdir. Əgər erməni ordusunu qoruyan «humanistlərimiz» tuman geyinib erməni əsgərlərinin qabağında rəqs etmək istəyirlərsə, buyursunlar, Sərkisyan onları rəqsə dəvət edir!

 





08.07.2017    çap et  çap et