Vaxt.Az
Kerri Davudoğluyla danışıb
2 XİN rəhbərinin telefon danışığının mövzusu...
ABŞ-ın dövlət katibi Con Keri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna zəng vurub. ANS PRESS Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, telefon danışığının mövzusu Suriyada davam edən vətəndaş müharibəsi olub.Məlumata görə tərəflər Suriyadakı vəziyyət, “Cenevrə-2” konfransına hazırlıqlar barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa dövlət katibi Con Kerri Fransanın paytaxtı Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü barədə Əhməd Davudoğluna məlumat verib.
15.01.2014 çap et