Vaxt.Az

Gəmi dolusu raket


 

Bakıya ən yeni Rusiya arilleriya sistemləri gətirildi

Gəmi dolusu raket Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

VAXT.AZ Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

 





10.07.2017    çap et  çap et