Vaxt.Az

«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır


 

Məhkəmə Mirağayev barəsində qərar verib

«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.

Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.

Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.

Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.

 





10.07.2017    çap et  çap et