Onun sözlərinə görə, fəal Kəleybər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.
«İyunun 28-də ETTELAT İdarəsi Qasım Mahmudi və onun qardaşına Babək qalası yığıncağı ilə bağlı xəbərdarlıq edərək təhdid edib ki, yığıncağa qatılacaqları təqdirdə yaxalanıb və həbs olunacaqlar. Lakin Qasım Mahmudi öz vətəndaş hüquqları ilə tanış olan bir şəxs kimi ETTELAT İdarəsinin qanunsuz tələbinə məhəl qoymadan Babək qalasında keçirilən dinc yığıncaqda iştirak edib», - deyə fəalın yaxını əlavə edib.
Məhkəmə iyunun 30-da Babək qalası yığıncağında tutulan fəalların müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb. Qasım Mahmudi həmin fəalların sərbəst buraxılması üçün vəsiqə tədarük etməyə çalışıb. O bu istiqamətdə fəaliyyət etdiyi bir vaxtda ETTELAAT əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.