Vaxt.Az

«Hərbçi Həsən Nağıyev sağ-salamatdır»


 

Müdafiə Nazirliyi: «Yalan məlumatlar düşmən maraqlarına xidmət edir»

«Hərbçi Həsən Nağıyev sağ-salamatdır» Azərbaycan Müdafiə Nazirliyi (MN) «Vətən Sağ Olsun» adlı «Facebook» sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab verib.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.

 





10.07.2017    çap et  çap et