Vaxt.Az

Mirşahin hədələdi


 

«Məhkəməyə verəcəyik»

Mirşahin hədələdi ANS Şirkətlər Qrupu telekanalın satılması və telekanalda aparılan ixtisarlar barədə məlumatlar verən mətbu orqanları məhkəməyə verəcək.
Bu barədə Movqe.az-a ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev məlumat verib. M. Ağayev bildirib ki, artıq dünəndən başlayaraq müxtəlif saytlarda ANS telekanalı barədə yanlış məlumatlar yer alır: «Mən indi sizə bir söz deyəcəm. Bilmirəm bu sizin ağlınıza nə qədər batacaq. Amma biz bu fikrimizdə israrlıyıq. Və bununla bağlı artıq tapşırıq da verilib. Haqqımızda dünəndən başlayaraq həqiqətəuyğun olmayan, xəbəri dəqiqləşdirməmiş məlumat yayan xəbər saytlarını məhkəməyə verməyə hazırlaşırıq. Mən sizinlə danışmazdan az öncə bununla bağlı lazımi tapşırıqlar verdim. Bütün bu cəfəngiyatlara isə cavabı məhkəmə başa çatdıqdan sonra verəcəm».
Qeyd edək ki, artıq dünəndən etibarən ANS telekanalının vergi borcuna görə satıldığı və TV-də baş verən ixtisarlar nəticəsində daha beş müxbir işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Xəbərlərə görə, telekanalın baş redaktoru Qənirə Ataşova vəzifədən azad edilib və daha bir departament ləğv edilib.
 





15.01.2014    çap et  çap et