Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə ,qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Bu gün axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində qaynaqçı kimi çalışdığı iş yerindən evinə qayıdan qayınata qızının həyat yoıdaşının idarə etdiyi «QAZel» markalı yük maşını ilə qəsdən vurulub.
Virtualaz.org saytının məlumatınna görə, 1963-ci ildə anadan olmuş kənd sakini Əli Seyfullayevin qızının 37 yaşlı həyat yoldaşı Vaqif Cavadovun ailəsində xeyli vaxtdır ki, münaqişə yaşanır. Elə hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi deyilir.
Yük maşınının vurması nəticəsində bədəninin sağ bud və sağrı nahiyələrindən xəarətlər alan qaynata Əli Seyfullayev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.