Vaxt.Az

Sel 5 mərtəbəli yaşayış binasını apardı


 

Sürüşmə nəticəsində 24 körpünü dağılıb

Sel 5 mərtəbəli yaşayış binasını apardı Çində daşqın törətmiş Dzeçu çayının nəhəng beşmərtəbəli binanı aparması anı kameralara düşüb.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin Comda vilayətinin Tibet şəhərində daşmış çay binanın özülünü yuyub və bunun nəticəsində bina bütünlüklə çaya düşüb. Mənbəyə əsasən, bundan az öncə üzərində dayandığı asfalt örtüyü dağıldığından yük maşını da çaya düşərək selin qurbanı olub.

Xoşbəxtlikdən, hadisə nəticəsində ölən olmayıb. Binanın qəzalı vəziyyəti nəzərə alınaraq, sakinlər başqa yerə köçürülüblər. Çin hökumətinin məlumatına görə, sel və sürüşmələr nəticəsində 57,8 kilometr yol və 24 körpü dağılıb.

 





11.07.2017    çap et  çap et