«Biz onlarla bu məsələ ilə bağlı artıq razılığa gəlmişik. Lakin mən hər hansı bir rəqəm – bunu hansı faiz nisbətində edəcəyimizi açıqlaya bilmərəm», - deyə o bildirib.
Onun sözlərinə görə, «Türk axını»nın ikinci qolu üzrə icazə alınması prosesi müsbət tərzdə davam edir, orada heç bir sualtı maneə yoxdur».
O, həmçinin qaz kəmərinin Türkiyənin hansı rayonunda quruya çıxarılacağına dair suala cavab verib. «Razılıq əldə olundu ki, çıxış Frakiya vilayətinin Kıyıköy rayonundan (Türkiyənin Avropa hissəsi) olsun və müxtəlif şayiələrə baxmayaraq, bu coğrafiyada heç bir dəyişiklik yoxdur. Lakin çıxışın məhz bu yaşayış məntəqəsində və ya haradasa yaxınlıqda olacağını indi demək olmaz. Orada həm quruda, həm də dəniz tərəfdən mühəndis işləri davam edir, burada heç bir problem yoxdur», - deyə Özcan bildirib.(«Report»)