İmam Hüseyn məscidinin axundu Hacı Əbdül isə bildirib ki, Y.Əhmədov Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edib.
Xatırladaq ki, məscid 43 saylı Mənzil istismar sahəsinin ərazisində yerləşib.
***
12:40
Yasamal rayonundakı 43 saylı Mənzil kommunal istismar sahəsinin («JEK») rəisi Yusif Əhmədov iş otağında dünyasını dəyişib.
Bu barədə virtualaz.org saytına həmin «JEK»-dən məlumat veriblər.
Xəbərdə deyilir ki, Y.Əhmədov ürək tutmasından keçinib.
Qeyd edək ki, sosial şəbəkələrdə məhrumun «Hacı Cavad» məscidinin sökülməsində iştirak etdiyi yazılıb.