Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək.Bu barədə «Report» diplomatik mənbələrə istinadən xəbər verir. Görüş iyulun 18-19-na planlaşdırılır.
«Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür», - diplomatik mənbə bildirib.
Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.
çap et