Alimlər iddia edirlər ki, qəhvədən istifadə ilə qan dövranı və həzm orqanları xəstəlikləri arasında birbaşa əlaqə var.
Bu tədqiqat bu sahədə keçirilən ən böyük araşdırma hesab olunur.
Tədqiqat 10 Avropa ölkəsində, yaşı 35-dən yuxarı olan 500 min insan əhatə edir. Onlarla bağlı araşdırma 16 il ərzində aparılıb. Tədqiqatın nəticələri «Annals of İnternal Medicine» jurnalında dərc olunub.
««Biz müəyyən etdik ki, qəhvədən istifadə, xüsusilə qan dövranı və həzm orqanları xəstəlikləri zamanı ölüm riskini azaldır», - deyə tədqiqatçılardan biri Mark Günter (Mark Gunter) bildirb.
İstənilən qəhvə faydalıdırmı?
Alimlər qeyd edirlər ki, baxmayaraq ki, Avropa ölkələrində qəhvənin hazırlanması və istifadə olunma ənənəsi müxtəlifdir, nəticələr bütün regionlarda faktiki olaraq eyni alınıb.
Bu isə o deməkdir ki, espresso və kappuçinonu eyni cürə faydalı hesab etmək olar.
«Bizim tədqiqat qəhvənin sağlamlığa müsbət təsir göstərməsi mexanizmi barədə əhəmiyyətli məlumat verir», - deyə alim qeyd edir.
Alimlərin fikrincə, bu effekti qəhvənin tərkibində olan kofein vermir. Tədqiqat onu göstərib ki, səhhətin yaxşılaşmasıyla kofeinsiz qəhvə içmək vərdişi arasında asılılıq yoxdur. Adi qəhvə ilə kofeinsiz qəhvə içənlərin nəticələri eyni olub.
Məsələ kofeində deyil
Tədqiqatçıların təxminlərinə görə, hər şey qəhvənin tərkibində olan antioksidantlardan asılıdır.
Məlum olub ki, kim ki, çoxlu qəhvə içməyə alışıb, onlar özlərini daha gənc hiss ediblər və bir qayda olaraq bu insanlar spirtli içki, siqaret həvəskarı olublar.
Onların həmçinin daha çox ət yedikləri və daha az meyvə yedikləri məlum olub. Tədqiqatda iştirak edənlərdən 16 il ərzində 42 min nəfəri vəfat edib.
Onlar müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən, qan dövranı xəstəliklərindən və ürək tutmasından vəfat ediblər.
Daha bir tədqiqat
Buna bənzər araşdirma Cənubi Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb. Bu araşdırmanın nəticələri də «Annals of İnternal Medicine» jurnalında dərc olunub.
Bu tədqiqatda isə müxtəlif etniki mənşəli 185 nəfər iştirak edib.
İştirakçılar arasında latın amerikalılar, afrikalı amerikalılar, ABŞ-da yaşayan yaponlar və avropalılar iştirak edib. ABŞ-dan olan alimlərin apardığı tədqiqatın nəticələri britaniyalı həmkarlarının nəticələri ilə eyni olub.
Bu tədqiqatın nəticələrinə görə, gün ərzində bir fincan qəhvə içən insanın iflic, xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəliklərindən ölmə riski 12 faiz aşağı olub.
Gün ərzində iki və ya 3 fincan qəhvə içənlərin ölüm riski isə 18 faiz aşağı düşüb.