Vaxt.Az

Səlim Müslümovun idarə rəisi işdən çıxdı


 

Mətbuat katibinə yeni təkliflər varmış

Səlim Müslümovun idarə rəisi işdən çıxdı İlham Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki vəzifəsindən istefa verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov vəzifəsindən azad olunub.
İlham Məmmədov virtualaz.org-a açıqlamasında bir neçə yerdən yeni iş təklifləri aldığından öz istəyi ilə nazirlikdəki vəzifəsindən ayrıldığını bildirdi.
İ.Məmmədov dedi ki, yeni işi mətbuatla bağlı olacaq. O, vəzifəsən çıxmasının yeni nazir - Səlim Müslümovun təyinatı ilə bağlı olmadığını qeyd etdi.
Xatırladaq ki, nazirliyin informasiya şöbəsinin digər əməkdaşları vəzifələrini davam etdirir.
 





15.01.2014    çap et  çap et