Virtualaz.org bildirir ki, bu barədə Erməni KİV-i məlumat yayıb.
Xatırladaq ki, əvvəlki məlumatda Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçilərinin birgə hərbi təlimlərə başladıqları bildirilirdi. Vurğulanırdı ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların «Dağlıq Qarabağ Respublikası»na keçməsinin qarşısının alınması ssenarisi sınaqdan keçirilib.
«İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb», - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatında deyilirdi.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dünən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilmişdi.
Yuxarıda haqqında bəhs etdiyimiz dəqiqləşdirmədə Rusiya Sərhəd Qoşunları Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlimin keçirilməsi ilə bağlı məlumatı təkzib edib.
Məlumatda göstərilib ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib.
Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin (Ermənistan-İran sərhəd hissəsi-red.) köməyi ilə ələ keçirilmə ssenariləri işlənib.