O bildirib ki, Türkiyədə son günlər yaşanan acı olaylarla bağlı prezident Gülü ziyarət edib və qayğılarını ona çatdırıb: “Taksimdə səslənən tələblərin dilə gəlməsinin demokratiyalar üçün son dərəcə təbii olduğunu hörmətli prezidentə bildirdim. Həmçinin bildirdim ki, baş nazirin istifadə etdiyi ifadələr olayı sakitləşdirmək yox, qızışdırmaq yönündədir. Hadisələri sakitləşdirmək məsələsində prezidentə böyük öhdəlik düşdüyünü bildirdim və ondan bu vəzifəsini yerinə yetirməsini istədim”.
Qeyd edək ki, Türkiyənin Taksim meydanında baş verənlərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin əsas müxalifət partiyasının sədri Kamal Kılıcdaroğlunu təqsirli bilir.