Vaxt.Az

5 ildən sonra 500 min ton xam pambıq


 

«2017-2022-ci illər üçün Dövlət Proqramı» üzrə gözlənilir

5 ildən sonra 500 min ton xam pambıq 2022-ci ildə Azərbaycanda 500 min ton xam pambıq istehsalı gözlənilir. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı»nda deyilir.

Qeyd olunur ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq.

Həmçinin bildirilir ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

 





13.07.2017    çap et  çap et