Tağı Əhmədov bizimyol.info-ya açıqlamasında iddiaların yalan olduğunu bildirib: «Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyəti yoxdu. Məni narahat eləməyin».
Qeyd edək ki, Akif Çovdarov məhkəmədə ifadəsi zamanı ölkədə şok yaradacaq faktlar açıqlayıb. Akif Çovdarov Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt ölkə büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində küllü miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu barədə siyahı təqdim edib.