Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində polşalıların kapitanı Taras Romançuk fərqlənib. Lakin fasilədən dərhal sonra «Qəbələ» Stiv Jozef-Monrozun dəqiq zərbəsi ilə oyunda tarazılıq yaradıb.
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 20-də Polşanın Belostok şəhərində keçiriləcək.
***
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın «Zirə» klubu səfərdə Ruminiyanın «Astra» komandası ilə qarşılaşıb.
Görüş 3:1 hesabı ilə yekunkaşıb ev sahiblərinin xeyrinə yekulaşıb.
Oyunun 31-ci dəqiqədə Alexandru Ionitanın qolu ilə «Astra» irəli çıxıb. 31-ci dəqiqədə Rəşad Sadiqov hesabda tarazlığı bərpa edib. Komandalar fasiləyə bu 1:1 yollanıblar.
Ruminiya komandasının oyunçusu Alexandru Dandea 55-ci dəqiqədə hesabı 2:1, Entoni Le Tallek isə 74-cü dəqiqədə 3:1 edib və yekun hesabı müəyyənləşdirib.