Vaxt.Az

7 sayt məhkəməyə verildi


 

İşgüzar nüfuza maddi və mənəvi ziyan dəyibmiş

7 sayt məhkəməyə verildi «ANS» Müstəqil Yayım və Media Şirkətinin (ANS MYMŞ) işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib.
ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən xəbərə görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqları üçün, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, İnterpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az. 
Məlumatda bildirilir ki, bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.
 





15.01.2014    çap et  çap et