Vaxt.Az

Qərb tacik müxalifətini Rahmona qarşı birləşdirir


 

Mərkəzi Asiyanın ən qeyri-sabit ölkəsində yeni təhlükə yarana bilər

Qərb tacik müxalifətini Rahmona qarşı birləşdirir Deyəsən, Qərb Mərkəzi Asiyanın ən qeyri-sabit ölkəsi hesab edilən Tacikistanda növbəti «məxməri inqilab» ssenarisi həyata keçirmək niyyətindədir. Bu ssenarinin həyata keçirilməsinə artıq başlanılıb. Bu məqsədlə Avropa ölkələrinə səpələnən taciklərin vahid təşkilatda birləşmələri və mövcud rejim əleyhinə tədbirlər keçirmələrinə şərait yaradılır. KİV-in yaydığı xəbərə görə, özündə tacik müxalifətini birləşdirən və əsasən mühacirlərdən ibarət Tacikistan İslam İntibahı Partiyasına hərtərəfli yardım edilməkdədir.

Almaniyanın Dortmund şəhərində mühacirətdə olan tacik müxalifətinin keçirdiyi forum Düşənbədə geniş rezonans doğurub və ölkənin təhlükəsizliyi üçün hədə kimi qiymətləndirilib. Artıq Tacikistan İslam İntibahı Partiyasının lideri Muhiddin Kabiri bildirib ki, Avropada sığınacaq tapan tacik müxalifət qüvvələrinin vahid koalisiyasının formalaşması üçün ilk addım atılıb. Qeyd edilir ki, tacik müxalifətinin nümayəndələrinə 2015-ci ildən bəri ilk dəfə olaraq bir yerə toplanmaq müyəssər olub. Fəaliyyəti Tacikistanda qadağan edilən bu partiyanın toplantısı 1992-1997-ci illərdə ölkədə vətəndaş müharibəsinə son qoyan sülh və milli birlik sazişinin imzalanmasının 20-ci ildönümünün anılması adı altında keçirilib. Tədbirdə Tacikistan İslam İntibahı Partiyasının üzvləri, «24 Qrupu» Hərəkatı və ölkənin konstruktiv qüvvələri iştirak ediblər. Tacikistan İslam İntibahı Partiyasının nümayəndəsi Muxametjon Kabirov bildirib ki, bütövlükdə tədbirdə 200 insan iştirak edib. Onun sözlərinə görə, forumun bəzi iştirakçıları Tacikistandakı mövcud hakimiyyəti kəskin tənqid edərək, 1997-ci ildə imzalanan milli birlik haqqında ümumu razılaşma faktını şübhə altına qoyublar. Lakin hərəkatın lideri Mühiddin Kabiri bildirib ki, bu, böyük və mühüm bir hadisə idi və onu qəbul etməmək mümkün deyil. Formda xüsusi vurğulanıb ki, Tacikistan münaqişə vəziyyətində olan tərəflərin və demokratik dövlət yolunda nailiyyət əldə edilməsinin uğurlu nümunəsi ola bilərdi. «Lakin biz bu imkanları itirdik. Səbəb də barışıq tərəfdarı olan tərəflərdən birinin xaincəsinə sazişi pozması oldu. Həmin qüvvə barışıqdan qaçmaq üçün əlindən gələni etdi. Ola bilsin, bizlər də səhv etmişik və vaxtında sazişin pozulmasına reaksiya verməmişik. Onlara bizim xoş məramımızdan çirkin məqsədləri üçün istifadə etməyə imkan yaratmışıq. Nəticədə bu gün həmin tərəflərdən biri qanundan kənar elan olundu. Başqa tərəf isə xalqın və beynəlxalq cəmiyyətin əldə etdiyi uğurları öz adına çıxmağa müvəffəq oldu. O cümlədən, təminatçı dövlətlər qismində çıxış edən Rusiya və İranın səylərini öz adlarına çıxdılar», - deyə Mühiddin Kabiri bildirib. «Tacikistan rəhbərliyinin apardığı siyasət ona gətirib çıxarıb ki, tacik gəncliyi sülh prosesinin demokratik qaydada keçirilməsinə ümidlərini itirdilər. Bu da onların radikal qüvvələrə rəğbət bəsləməsinə gətirib çıxarıb. Sirr deyil ki, bizim partiyanın qadağan edilməsindən sonra İslam Dövləti və digər radikal qrupların sıralarında taciklərin sayının artdığı müşahidə edilir. Bu da Rusiya, İran, Çin və regionun digər dövlətlərini narahat etməyə bilməz. Heç kim əhali arasında ekstremist əhval-ruhiyyənin artmasında maraqlı deyil. Tacikistan hakimiyyət orqanları regiondakı marağı olan dövlətlərə arxalanır və hesab edir ki, həmin dövlətlər onu qorumağa məcbur olacaqlar», - deyə Kabiri əlavə edib. Kanadalı ekspert Ravşan Temuriyenin sözlərinə görə, prezident Emomali Rahmonun ətrafı Tacikistan İslam İntibah Hərəkatını ölkə daxilində dağıtmaqla bağlı məsləhət verməklə, ona ayı xidməti göstərmiş olub: «Bu partiyanın rəhbər və üzvlərinin həbsi və repressiyalar tacik xalqının tarixində qara ləkə kimi qalacaq. Bununla cənab Rahmon öz hakimiyyətini və dünyəvi baxışlı xalqını aqressiv əhval-ruhiyyədə olan dindarların, qara qüvvələrin yeni zərbəsi altında qoymuş olub. Sonrakı mərhələdə isə Tacikistan İslam İntibahı Partiyasının tam şəkildə dağıdılması və məhv edilməsi baş verdi». Konfransın sonunda mühacirətdə olan müxalifət partiyalarının bütün nümayəndələrinin ilk iclası keçirilib, gələcək üçün planlar müəyyən olunub. «Biz siyasi strukturların və ictimai birliklərin nümayəndələri arasında gələcəkdə birgə tədbirlərin koordinasiya edilməsi üçün məsləhətləşmələrin aparılmasına qərar verdik. Hələ vahid koalisiyanın yaradıldığını barədə danışmaq tez olsa da, ilkin addımlar atılıb», - deyə Kəbiri bildirib. Müşahidəçilərin qənaətinə görə, Tacikistan İslam İntibahı Partiyası gələcəkdə Birləşmiş Tacik Müxalifəti (BTM) kimi təsis edilə bilər.

Tacikistan prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktor müavini Sayfullo Safarov əmindir ki, Tacikistan İslam İntibahı Partiyasının xaricdə, o cümlədən Avropa şəhərlərindəki fəaliyyəti Tacikistanın təhlükəsizliyinə hədədir. Analitik ümidvardır ki, KİV bu cür təhlükəyə qarşı mübarizə aparacaq. «Tacikistanda problem az deyil və onları dialoq yolu ilə həll etmək mümkündür», - deyə o bildirib. Bəziləri isə hesab edir ki, mühacirətdə olan müxalif qüvvələrimin Tacikistan üçün təhlükə adlandırılması məntiqdən uzaqdır. «Əgər bu sözü prezidentin analitik mərkəzinin nümayəndəsi deyirsə, onda siz görün Rahmonun stolunun üstünə qoyulan materiallar nə dərəcədə obyektiv və adekvatdır. Rəsmi Düşənbə hesab edir ki, tacik rejiminə müxalif olan müxalifət olmamalıdır, onun fəaliyyətinə ölkə hüdudlarından kənarda da qadağan tətbiq edilməlidir», - deyə politoloq, MDB ölkələri üzrə ekspert Arkadi Dubnov bildirib. Onun sözlərinə görə, bu ideyaları əsas götürən Düşənbə ATƏT-lə belə münasibətləri kəskinləşdirdi: «Bundan sonra tacik müxalifətinə ATƏT-in insan haqları üzrə komitəsinin Varşavada keçirilən iclasında iştirak etməyə icazə verildi. İndi isə Almaniyada keçirilən tədbirə rəsmi Düşənbənin necə reaksiya verəcəyi maraqlıdır. Çox güman ki, buna hələ yüksək səviyyədə reaksiya verilməyəcək və gözləmə mövqeyi tutulacaq».

 





14.07.2017    çap et  çap et