Virtualaz.org-un məlumatına görə, bunu Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfansında deyib.
Bunun həm ali məktəblərə, həm də kolleclərə aid olduğunu deyən sektor müdiri qeyd edib ki, kəsiri olan tələbələr akademik borclarını köçürüldükləri universitetlərdə ödəyə bilərlər.
C. Valehov bildirib ki, ödənişli ixtisas üzrə təhsil alan tələbələr ödənişli ixtisasa, ödənişsiz ixtisas üzrə təhsil alan tələbələri isə yalnız ödənişsiz ixtisasa köçürülə bilər.
Sektor müdiri onu da qeyd edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir.