Vaxt.Az

20 qəpik və ya 28,57 faiz bahalaşma


 

Azərbaycanda benzinin qiyməti yenidən qaldırılır

20 qəpik və ya 28,57 faiz bahalaşma Azərbaycanda benzinin qiyməti yenidən qaldırılır. Virtualaz.org-un məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, 92 markalı benzinin bir litri 90 qəpiyə olacaq. Bu adıçəkilən markanın 20 qəpik və ya 28,57 faiz bahalaşması deməkdir.

Gözlənildiyinə görə, qiymətlərin artması haqda rəsmi məlumat gecə yarısından sonra elan olunacaq. Benzinin qiymətinin artmasının səbəbləri göstərilmir.

Qeyd edək ki, bu informasiya sosial şəbəkələrdə və Bakı şəhərinin küçələrində ajiotaj doğurub. Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, yanacaqdoldurma stansiyalarında böyük növbələri müşahidə olunur.

Onu da qeyd edək ki, hazırda AI 92 markalı benzinin qiyməti 0,7 manat təşkil edir. Yeri gəlmişkən, bundan əvvəl benzinin qiymətinin artması 2017-ci ilin yanvarında olub və benzinin idxal olunan markasına tətbiq edilib.

 





14.07.2017    çap et  çap et