Vaxt.Az

Rusiya tankları ilə Avropanı «əzə» bilər


 

Almaniya, Fransa, İtaliya ordularında isə cəmi 300 zirehli var, Rusiyada isə ...

Rusiya tankları ilə Avropanı «əzə» bilər Son on illikdə ABŞ-da tank istehsalı aşağı səviyyəyə düşüb. Ölkədə tank istehsal edən yeganə müəssisə Ohayo ştatındakı Lima zavodudur. Bu zavod ildə cəmi 12 «Abrams» tankı buraxır.

Lakin Rusiya Avropadakı qoşunlarını yeni nəsil tanklarla təchiz etmək niyyətindədir və onlar Amerikanın müvafiq texnikalarından daha dözümlüdür.

Modern.az saytı Amerikanın nüfuzlu «The National İnterest» nəşrinə istinadən bildirir ki, bu, ABŞ-ın quru qoşunlarında ağır zirehli tank texnikası sahəsində böhranın başlanmasıdır.

ABŞ Konqresi ölkədə tank istehsalının artımı ilə bağlı tədbirlər görmək istəsə də, bunun yüksək səviyyəyə qaldırılması üçün hələ çox vaxt lazımdır.

«Bu templə Amerika uduza bilər – bizim qoşunlarda modernləşdirilmiş tankların olması üçün vaxt lazımdır. Rusiya isə öz regionunda zirehli vasitələrin sayında üstünlüyə malikdir. ABŞ-ın müttəfiqləri olan Almaniya, Fransa, İtaliya ordularında isə cəmi 300 tank var. Rusiyada isə bu tankların sayı minlərlədir» nəşr belə yazıb.

O da bildirilib ki, Rusiya Qərb istiqamətində tank atışında gözlənilməz taktiki üstünlüyə malikdir.

Nəşr belə bir tezis irəli sürüb ki, siyasətçilər bir şey haqda fikirləşməlidirlər: Amerika Avropada yerüstü müharibədə məğlub ola bilər.

 





15.07.2017    çap et  çap et