Vaxt.Az

Benzinlə bağlı yeni qərar


 

... rüsumdan azad edildi

Benzinlə bağlı yeni qərar Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

VAXT.AZ APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə müvafiq dəyişikliklər edib.

İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

 





18.07.2017    çap et  çap et