İran prezidenti Həsən Ruhaninin maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunan qardaşı Hüseyn Firidun girov qarşılığında azadlığa buraxılıb.Bu barədə Rusiya KİV-I məlumat yayıb.
Məlumata əsasən, ilkin olaraq girovun məbləği 500 milyard rial (13,3 milyon dollar) olub. Lakin sonda məhkəmə girovun məbləğinin 8,3 milyon dollara qədər azaldılmasına razılıq verib.
Qeyd edək ki, Hüseyn Firidun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.
çap et