ARB TV xəbər verir ki, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər onlara xəsarət yetirib.
Aynurə Şamilzadə - Həkim: «Restoranın həyətində içkili vəziyyətdə yerdə uzanmış bir xanım idi. Dərhal xanımı müayinə etmək üçün yaxınlaşdıq. Xəstənin ətrafında bir neçə insanlar var idi ki, hamısı sərxoş vəziyyətdə idilər. Bizə təhqiredici, nalayiq sözlər deməyə başladılar. Bizi təhqir edərək, əl-qol atmağa başladılar, bizi döydülər».
Qadını xəstəxanaya aparmaq istəyən tibb işçiləri, bu dəfə elə xanımın özü tərəfindən təzyiqə məruz qalıblar.
Aynurə Şamilzadə - Həkim: «Biz xəstəni xəstəxanaya aparmaq istədik. Xəstə maşına minəndə oyanıq vəziyyətdə olduğu üçün əl-qol atırdı, təpik atırdı, maşına da xələl yetirib».
Zərər çəkənlər sonradan adlarını bildikləri Salmanova Günel və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.
Artıq Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırmalara başlanılıb. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.