Zaxarçaneko elan edib ki, «Malorossiya»nın paytaxtı Donetsk şəhəri olacaq. «Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik», - Zaxarçenko təntənəli şəkildə elan edib. «Biz yeni dövlətin «Malorossiya» adlandırılmasına razıyıq, çünki «Ukrayna» adı nüfuzdan düşüb»-rusiyayönümlü separatçı bildirib.
Zaxarçenko elan edib ki, Kiyev paytaxt statusu olmadan «tarixi-mədəni mərkəz» kimi qalacaq. «Malorossiya»nın dövlət bayrağı isə Boqdan Xmelnitskinin bayrağı olacaq. «biz bundan çıxış edirik ki, Donetk və Luqansk xalq respublikaları Ukraynada qanuni hakimiyyətin olduğu yeganə ərazidir»- o bildirib. Separatçıların rəhbəri «Malorossiya»nın ərazisində xaosdan qaçmaq üçün üç il ərzində fövqəladə vəziyyət elan olunacağını bildirib.
Zaxarçenkonun müşaviri Aleksandr Kazakov isə deyib ki, «Malorossiya»nın konstitusiyasını hazırlamaq üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin rəhbərləri seçilib.
Qondarma «Donetsk respublikasının» gəlirlər və yığım «naziri», Zaxarçenko ilə bilikdə rəyasətdə oturan Aleksandr Timofeyev isə elan edib ki, «Malorssiya»nın konstitusiyasında onun bloklara qoşulmamaq barədə statusu əks olunacaq. Eyni zamanda Rusiya ilə əlaqələrin bərpası kursu götürüləcək.
«Biz müsəqilliyi və suverenliyi saxlamaq şərtilə Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq kursu götürəcəyik, Avropa İttifaqı ilə razılaşma olsa vizasız gediş-gəlişi saxlayacağıq», - o deyib. Timofeyev «yeni dövlətin» MDB-nin də fəaliyyətind iştirak edəcəyini, «Malorossiya»-Rusiya-Avropa İttifaqı üçtərəfli danışıqlarının aparılmasını planlaşdırdıqlarını da bildirib.
Ukraynanın şərqinə nəzarət edən separatçıların qəfildən «Malorossiya» elan etməsinin nəyə hesablandığı məlum deyil. Kreml administrasiyasında Donetsk və Luqansk regionlarını kurasiya edən Vladislav Surkovun Zaxarçenkoya bu təlimatı nədən verdiyi aydın olmasa da görünən odur ki, Moskvadan Donbassla kifayətlənməyib bütün Ukraynanı ələ keçirmək niyyətləri barədə siqnallar göndərmək istəyirlər.
«Malorossiya» haqda bəyanatların səslənməsinə Moskvadan hələ reaksiya verməyiblər. Ukrayna prezidenti Pyotr Poroşenko isə Zaxarçenkonun bəyanatlarına cavab olaraq Kiyevin Donbass üzərində suverenliyini bərpa edəcəyini bildirib. Onun sözlərini mətbuat katibi Svyateslav Tseqolko «Twitter»də yayıb. Poroşenko bundan əvvəlki «Novorossiya» ideyasının dəfn olunduğunu da bildirib.
***
12:05
Separatçı Donetsk Xalq Respublikasının (DXR) başçısı Aleksandr Zaxarçenko bildirib ki, Ukraynada dalana dirənmiş vəziyyətdən çıxmaq üçün, üç illik yeni bir dövlət – Malorossiya yaratmaq lazımdır.
Virtualaz.org bildirir ki, bu barədə «İnterfaks» xəbər yayıb.
«Biz hesab edirik ki, Ukrayna dövləti, hansı ki, əvvəllər vardı, o formada bərpa oluna bilməz. Biz, keçmiş Ukrayna regionlarının nümayəndələri, Krım istisna olmaqla, Ukraynanın varisi olacaq yeni dövlətin yaradıldığını bəyan edirik. Biz yeni dövlətin Malorossiya adlanmasına razıyıq, çünki Ukrayna adı özünü etibardan salıb», — deyə A.Zaxarçenko vurğulayıb.