Vaxt.Az
Emomali Rahmon İran ayətullahlarına rəhm etmədi
Tacikistanda dini fanatizmi, mövhumat və xurafatı təbliğ risalələrinin çapına, satışına və yayımına qadağa qoyuldu
Tacikistanda radikal şiəliyi, dini fanatizmi, mövhumat və xurafatı təbliğ edən İran «ayətullah»larının risalələrinin çapına, satışına və yayımına qadağa qoyulub. Bu barədə Tacikistan Respublikasının dövlət radiosu məlumat yayıb.İran «ayətullah»larının risalələrinin yayımına qoyulan
qadağa, Tacikistan hökumətinin bu ölkənin Xocənd şəhərində İranın iki mədəniyyət
nümayəndəliyinin fəaliyyətinə yasaq qoymasından bir neçə gün sonraya təsadüf
edib. Bildirilir ki, İran İslam Respublikası həmin üzdəniraq «Ticarət « və «Mədəniyyət»
mərkəzləri vasitəsilə Tacikistanın müxtəlif şəhərlərində yerli əhali arasında
radikal şiəliyi yaymaq, tacik gənclərini cəlb edərək onları dini təhsil almaq
üçün İranın Qum şəhərinə göndərmək işi ilə məşğul olub.
Qeyd edək ki, son illər, İranın «Tacikistan İslam Hərəkatı»
adlı radikal və mürtəce islamçı qruplaşmasına gizli dəstəyi ifşa olunduqdan
sonra rəsmi Düşənbə Tehranla münasibətlərini minimuma endirib. İki ölkə
arasında əlaqələrin məhdudlaşdırılmasının ardınca, Tacikistan hökuməti Səudiyyə
Ərəbistanı ilə münasibətlərini genişləndirməyə başlayıb.
18.07.2017 çap et