Vaxt.Az
«Orda da 255 mənzil olacaq»
Vüqar Səfərli üçüncü binadan danışdı
«Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq». APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.
V. Səfərli qeyd edib ki, üçüncü bina da ikinci bina kimi 255 mənzilli olacaq.
18.07.2017 çap et