Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli «Trend»ə özəl açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib.
O qeyd edib ki, çökən ərazi tunelin üst hissəsindədir və avtomobillərin hərəkətinə maneə yaratmır: «Hadisə baş verən kimi əraziyə «Azəravtoyol» ASC-nin texnika və canlı qüvvəsi cəlb edilib. Əvvəlcə ərazidə su sızmasının qarşısı alınıb. Sonra isə yolun çökən hissəsi bərpa edilib. Artıq ərazidə problem yoxdur, avtomobillərin hərəkəti bərpa edilib».
A.Nəcəfli əlavə edib ki, hazırda tuneldə təhlükə yoxdur.