Vaxt.Az
«Boksun atası» vəfat etdi
83 yaşında...
Dünya Boks Şurasının (DBŞ) rəhbəri Xose Süleyman 83 yaşında Los-Ancelesdə vəfat edib. Bu barədə cümə günü RBK agentliyi «Associated Press»-ə istinadən xəbər verib.Ərəb mənşəli meksikalı Süleyman öz karyerasına həvəskar boksçu kimi başlayıb, sonralar oyunların meneceri və hakimi olub. O, həmçinin məşqçi kimi də çalışıb. Bu müddət ərzində onun təşəbbüsü ilə idmançıların təhlükəsizliyinin yüksəldilməsini, eləcə də raundların sayının 15-dən 12-dək azaldılmasını nəzərdə tutan yeni qaydalar tətbiq edilib.
DBŞ Xose Süleymanın vəfatı ilə bağlı bəyanatında onu «boksun atası» adlandırıb. 2006-cı ildə o, boksun Şöhrət Zalına daxil edilmişdi.
Xose Süleyman ürək xəstəliyindən ölüb.
17.01.2014 çap et