Tiflisin Boris Payçadze adına «Dinamo Arena» stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 22-ci dəqiqədə Donald Gerryer vurub.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Qurban Qurbanovun yetirmələri 5:0 hesabı ilə qələbə qazanmışdılar.
II təsnifat mərhələsində «Qarabağ»ın rəqibi «Şerif» (Moldova) – «Kukesi» (Albaniya) cütünün qalibi olacaq.