Vaxt.Az

«Ürəyi partlayan olmayıb»


 

Tağı Əhmədovun sərnişinlərdən «üzrxahlığı»

«Ürəyi partlayan olmayıb» Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metroda işıqların sönməsinə münasibət bildirib. Xeberdar.az saytına açıqlama verən Tağı Əhmədov fasilənin bir neçə dəqiqə olduğunu qeyd edib:
«Şəhər elektrik şəbəkəsində kəskin enerji düşdüyü üçün 26-cı yarımstansiyada işıqlar sönüb. Bu, bir neçə dəqiqə davam edib. Ürəyi gedən, partlayan olmayıb. Hal-hazırda qatarların hərəkəti davam edir, heç bir problem yoxdu”.
Qeyd edək ki, bu gün metronun «28 May» stansiyasında işıqlar sönüb. «Həzi Aslanov» və «Azadlıq prospekti» istiqamətində olan platformalarda qatarlar dayanıb.
 





06.01.2014    çap et  çap et