Nazir qeyd edib: «Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq».
Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.
***
«Çox guman ki, Türkiyə S-400 raket sisteminin alınması üçün lazım olan vəsaitin bir qismini Rusiyadan borc alacaq».
«Report»un verdiyi xəbərə görə, bu barədə MAKS-2017 aviasalonunda jurnalistlərə verdiyi müsahibədə «Rostex»in baş direktoru Sergey Çemezov deyib.
O bildirib ki, texniki məsələlərin müzakirəsi yekunlaşıb: «Lakin sirf inzibati məsələlərin müzakirəsi tələb olunur. Məsələnin maliyyə tərəfinə gəlincə, Türkiyə hökuməti bizim Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Məbləğin bir hissəsini onlar özləri tapacaq, qalan hissəsini isə borc kimi alacaqlar».