Vaxt.Az

Universitetin eyvanı uçdu


 

Bir fəhlə öldü və digəri xəsarət aldı

Universitetin eyvanı uçdu Azərbaycan Texniki Universitetində baş vermiş bədbəxt hadisədə xəsarət alan şəxsin vəziyyəti ağırdır. Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, 39 yaşlı Oqtay Məmmədov kəllə-beyin travması alıb. Onun çanaq, bud və çənə sümükləri sınıb.
Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon 28-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 16-da baş verib. 3 və 4-cü mərtəbələrin arasında təmir-tikinti işləri zamanı eyvanda uçqun olub. 
Nəticədə orada fəhlə işləyən və hadisə zamanı yıxılan 41 yaşlı Masallı rayon Ərəb kənd sakini Daşqın Çərkəz oğlu Vəliyev ölüb. Daha bir fəhlə isə bədən xəsarətləri alıb. 39 yaşlı Bakı şəhər sakini Oqtay Sərbaz oğlu Məmmədov qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır. (fotolar anspress.com-a aiddir)
 





17.01.2014    çap et  çap et