O həmçinin əlavə edib ki, həmin döyüşçüləri bu mövzu üzrə ətraflı şərhə layiq görməyi lazımlı hesab etmir.
Xatırladaq ki, dünən Ukraynanın şərqində «Donetsk Xalq Respublikası»nın rəhbəri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək «Malorossiya» adlı yeni konfederativ dövlət yaratdıqlarını elan edib. Zaxarçenko yeni dövlətə «Donetsk və Luqansk xalq respublikalarının» daxil olduğunu açıqlayıb.
Zaxarçaneko elan edib ki, «Malorossiya»nın paytaxtı Donetsk şəhəri olacaq. «Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik»-Zaxarçenko təntənəli şəkildə elan edib. «Biz yeni dövlətin «Malorossiya» adlandırılmasına razıyıq, çünki «Ukrayna» adı nüfuzdan düşüb»-rusiyayönümlü separatçı bildirib.