«Onu vurğulamalıyam ki, onlar söz kəsmirlər, səninlə sərbəst danışırlar. Amma mesaj və suallar 100 faiz Kremlə meylli idi. Xüsusilə də keçmiş Sovet İttifaqı, Ukrayna, Qafqaz və Avropa siyasəti mövzularında. Bu sanki, Putinin mətbuat katibini birbaşa dinləmək kimi bir şey idi».
Elstov deyir ki, «Sputnik»in Belqrad studiyası müasirdir və şəhərin mərkəzində, çox rahat bir yerdə yerləşir.
«Onların Belqradda çox gözəl studiyaları varvə çox yaxşı maliyyələşirlər. Paytaxtın Köhnə Şəhər hissəsində yerləşirlər və bir neçə dil bilən bacarıqlı əməkdaşlara sahibdirlər».
Rusiya dövləti tərəfindən maliyyələşən media qurumları izləyicilərinə kabel və peyk televiziyaları, habelə İnternet və sosial media vasitəsilə ilə çıxırlar. «Russia Today»in televiziya şəbəkəsi peyk və kabelin köməkliyi ilə 100 ölkədə milyonlarla evi əhatə edir. İngilis dilində olan televiziya kanalı ilə bərabər, «Russia Today»in ərəb və ispan dillərində də proqramları var. Həm «Sputnik», həm də «Russia Today» qeyri-etik fəaliyyətdə ittiham olunurlar. Fransa prezidenti Emmanuel Makron deyir ki, bu qurumlar onun rəqibi Marin le Penin qələbə qazanması üçün Fransa seçkilərinə təsir göstərməyə çalışırdılar.
«Russia Today» və «Sputnik» seçki kampaniyası dövrü təsir qüvvəsi olmağa çalışıblar. Onlar dəfələrlə mənim kampaniyam və mənim haqqımda yalanlar yayıblar».
Amma «Sputnik»in redaktorları və aparıcıları deyirlər ki, onların məqsədi aparıcı media qurumlarının yaymadığı mövzularda məlumatlar və mövqelər təqdim etməkdir.
«Aparıcı media qurumlarında çalışanlar və dəvət olunanlar isteblişmentin xətti ilə hərəkət edənlərdir. Onlar bu xətdən qırağa çıxmırlar».
«Russia Today» Suriya prezident Bəşər Əsədi, o cümlədən Naycel Farac kimi Avropa Birliyi tənqidçilərindən müsahibə alıb. «WikiLeaks» təsisçisi Culian Assanc (Julian Assanj) «Russia Today»in keçmiş verilişlərinin birində aparıcılıq edib. Onun verilişinin ilk qonağı İran tərəfindən dəstəklənən terror qrupu olan Hizbullah lideri Həsən Nasrullah olmuşdu.
Belə görünür ki, birmənalı qarşılanmayan qonaqlar və verilişlər dünya üzrə daha da populiyarlaşır. Eltsov deyir ki, belə mövqeləri eşitmək istəyənlərin əksəriyyəti hökumət və aparıcı media tərəfindən unudulan insanlardır. O əlavə edib ki, alternativ baxışları və mövqeni dinləməkdə heç bir problem yoxdur. Sadəcə bunun kimin tərəfindən və nə üçün maliyyələşdiyini xatırlamaq lazımdır.